...

Qeyri-sabit hava 6 nəfərin canını aldı - Tailandda

Dünya xəbərləri Materials 10 Dekabr 2019 09:12 (UTC +04:00)
Tailandda havanın qəfil soyuqlaması nəticəsində son bir neçə gündə ən az altı nəfər həlak olub
Qeyri-sabit hava 6 nəfərin canını aldı - Tailandda

Bakı. Trend:

Tailandda havanın qəfil soyuqlaması nəticəsində son bir neçə gündə ən az altı nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti bildirib.

Məlumata əsasən, krallığın şərqində və mərkəzində temperaturun 13-18 dərəcəyə qədər aşağı düşməsi ölümə səbəb olub.

Bildirilib ki, Tailandın mərkəzi və şərq hissələrində bu cür hallar çox nadirdir, çünki orada hava ümumiyyətlə krallığın qalan hissələrinə nisbətən isti olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti