Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Antalya vilayətində silahlı şəxs bank işçilərini girov götürüb.
Trend-in məlumatına görə, 10 nəfər girov saxlanılır.
Onların arasında müştərilərin də olduğu deyilir. Polis girovların azad edilməsi üçün əməliyyata başlayıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.