...

Daşqınlar nəticəsində 8 nəfər itkin düşdü

Dünya xəbərləri Materials 27 Dekabr 2019 04:25 (UTC +04:00)
Kolumbiyanın mərkəzi hissəsində Mono çayında suyun səviyyəsinin qalxması nəticəsində bir neçə kənd su altında qalıb
Daşqınlar nəticəsində 8 nəfər itkin düşdü

Bakı. Trend:

Kolumbiyanın mərkəzi hissəsində Mono çayında suyun səviyyəsinin qalxması nəticəsində bir neçə kənd su altında qalıb.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, daşqın nəticəsində 8 nəfər itkin düşüb, bir çox evə ziyan dəyib.

Bildirilir ki, hazırda xilasetmə xidmətləri itkin düşənlərin axtarışlarını həyata keçirirlər.

Çayda suyun səviyyəsinin qalxmasının səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti