...

Almaniya İraqdakı hərbçilərini çıxarır

Dünya xəbərləri Materials 7 Yanvar 2020 12:37 (UTC +04:00)

Bakı. Trend:

Almaniya İraqdakı hərbi təlimatçıların Küveyt və İordaniyaya keçirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer parlamentə ünvanladıqları məktubda yazıb.

Nazirlər bildirib ki, Ət-Taci və Bağdadda yerləşən bazalarda xidmət edən almaniyalı həbi təlimatçılar yaxın zamanlarda ölkədən çıxarılacaq:

“Təlimləri bərpa etmək mümkün olduqdan sonra, hərbçilər İraqa qayıdacaq”.

Qeyd edək ki, hazırda İraqda təlimlə məşğul olan 120 alman hərbçisi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti