...

İranda bir həftə ərzində 163 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 Yanvar 2020 17:27 (UTC +04:00)
Ötən həftə ərzində İranda 596 hadisə nəticəsində 163 nəfər həlak olub.
İranda bir həftə ərzində 163 nəfər həlak olub

Bakı. Elnur Bağışov - Trend:

Ötən həftə ərzində İranda 596 hadisə nəticəsində 163 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, hadisələrin 141-i yol qəzaları (24%), 455-i isə digər hadisələr (76%) olub.

Sədr əlavə edib ki, hadisələr nəticəsində 1 536 nəfər yaralanıb.

Təşkilat sədri 1 314 nəfərin tibbi mərkəzlərə yerləşdirildiyini, 222 nəfərə yerində yardım edildiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti