...

Çində virus səbəbindən 10 şəhərdə ictimai nəqliyyatın hərəkətinə fasilə verilib

Dünya xəbərləri Materials 24 Yanvar 2020 09:11 (UTC +04:00)
Çinin Hubey əyalətinin 10 şəhərində koronavirusun yeni növünün yayılması səbəbindən ictimai nəqliyyatın hərəkəti dayandırılıb
Çində virus səbəbindən 10 şəhərdə ictimai nəqliyyatın hərəkətinə fasilə verilib

Bakı. Trend:

Çinin Hubey əyalətinin 10 şəhərində koronavirusun yeni növünün yayılması səbəbindən ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ictimai nəqliyyatın hərəkəti Uxan, Çibi, Eçjou, Huanqan, Syantao, Çjitszyan, Tsyantszyan, Xuanşi, Enşi və Syannin şəhərlərində dayandırılıb.

Uxan şəhərində daha ciddi karantin tətbiq edilir. Burada ötən gün saat 10:00-dan ictimai nəqliyyat, aviareyslər və dəmiryolu əlaqəsi bağlanıb. Eçjou şəhərində də ötən gün səhər saatlarından dəmiryolu əlaqəsi bağlanıb.

Syantao şəhərində yanvarın 23-ü saat 17:00-dan bütün avtobusların və su nəqliyyatının hərəkəti dayandırılıb. Çjitszyan şəhərində də eyni saatdan şəhərlərarası avtobusların hərəkəti dayandırılıb, şəhərdə yalnız supermarketlər, xəstəxanalar, bazarlar, yanacaqdoldurma məntəqələri, apteklər işləyir.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 849 nəfər yoluxub, 26 nəfər isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti