...

İsraildə hərbiçilərlə toqquşmalarda 19 fələstinli xəsarət alıb

Dünya xəbərləri Materials 25 Yanvar 2020 07:19 (UTC +04:00)
30 mart 2018-ci ildən indiyənədək toqquşmalarda 315 fələstinlinin həyatına son qoyulub
İsraildə hərbiçilərlə toqquşmalarda 19 fələstinli xəsarət alıb

Bakı. Trend:

Dekabrın 25-ə keçən gecə Qüds yaxınlığında İsrail əsgərləri ilə qarşıdurmada on doqquz fələstinli xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Qızıl aypara təşkilatının rəsmisi Erab al-Fukaha bildirib.

Al-Fukaha deyib: "Bu gecə Qüdsün Beyt Xanin məhəlləsində İsrail əsgərləri ilə toqquşmada on doqquz fələstinli yaralanıb".

Qəzza zolağında hər cümə günü fələstinlilərin etiraz aksiyaları baş verir və anklav sərhədlərində İsrail qüvvələri ilə toqquşmalarla müşayiət edilir. 30 mart 2018-ci ildən indiyənədək bu toqquşmalarda 315 fələstinlinin həyatına son qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti