...

“Boeing” şirkətinin xalis zərəri 2019-cu ildə 630 milyon dolları keçib

Dünya xəbərləri Materials 30 Yanvar 2020 06:49 (UTC +04:00)
Boeing 737 MAX təyyarəsinin istismarı iki qəzadan sonra dayandırılıb
“Boeing” şirkətinin xalis zərəri 2019-cu ildə 630 milyon dolları keçib

Bakı. Trend:

Amerikanın "Boeing" şirkətinin 2018-ci ildə gəlirinin 10,46 milyard dollar olduğu halda 2019-cu ildə xalis zərəri 636 milyon dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Devid Kelhun ötən ilin hesabatını açıqlayarkən deyib. Hesabatda bildirilir ki, ötən il şirkətin illik gəliri 76,559 milyard dollar olub ki, bu da 2018-ci ildə şirkətin satışlardan əldə etdiyi 101,127 milyard dollarla müqaisədə 24 faiz az deməkdir.

Şirkətin əməliyyat itkisi keçən il 1,975 milyard dollara çatıb. Lakin, 2018-ci ildə şirkətin gəlirləri xərcləri 11,987 milyard dolları üstələyib.

Eyni zamanda, 5.4 mindən çox sərnişin təyyarəsi də daxil olmaqla yerinə yetirilməyən sifarişlərin portfeli 463 milyard dollardır.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında "Boeing 737 Max" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olub.

Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoyub, bir çox hava şirkətləri is onların istismarını dayandırıb. Araşdırmalar zamanı Manevretmə Xarakteristikaları Artırma Sisteminin (MCAS) fəaliyyətində qüsurlar aşkar edilib.

Kelhun daha əvvəl CNBC-yə verdiyi müsahibədə ABŞ aviatənzimləyicisinin bu seriyalı təyyarələrin uçması üçün sertifikat verdikdən sonra yenidən Boeing-737 MAX istehsalına başlayacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti