Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın Aİ-ni tərk etmək barədə qərarından təəssüflənir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrel deyib.
J.Borrel bildirib: "Bu gün Böyük Britaniya Avropa İttifaqını tərk edir və üçüncü ölkə olur. Biz Birləşmiş Krallığın bizim ittifaqımızı tərk etməsindən təəssüflənsəkdə, bu seçimə hörmətlə yanaşırıq və irəliləməyə hazırıq".
Onun sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqı üçün əsas tərəfdaş olaraq qalacaq.