...

İsrail tankları Qəzza zolağına zərbələr endirib

Dünya xəbərləri Materials 9 Fevral 2020 03:25 (UTC +04:00)
İsrail tankları Qəzza zolağında Həmasın iki mövqeyinə zərbələr endirib
İsrail tankları Qəzza zolağına zərbələr endirib

Bakı. Trend:

İsrail tankları Qəzza zolağında Həmasın iki mövqeyinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, Qəzza zolağında Həmasın mövqelərinə daha əvvəl buradan İsrail ərazisinə atılan raketə cavab olaraq tanklardan atəş açılıb.

Xatırladaq ki, bundan əvvəl İsrail ərazisi Qəzza zolağından fevralın 1-i raket atəşinə tutulub. Buna cavab olaraq İsrail ordusunun qırıcı təyyarələri və helikopterləri Həmasın bir neçə mövqeyini bombalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti