...

İranda 4 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 23 Fevral 2020 09:01 (UTC +04:00)
İranın Kerman vilayətində 4 bal gücündə zəlzələ baş verib
İranda 4 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İranın Kerman vilayətində 4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 04:42-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 21 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Fəryab rayonundan 14 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti