...

Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib

Dünya xəbərləri Materials 27 Fevral 2020 02:29 (UTC +04:00)
Türkiyə ordusu iki hərbçisinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib
Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə ordusu iki hərbçisinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumata əsasən, zərbələr nəticəsində 114 Suriya hərbçisi zərərsizləşdirilib, 1 zenit-raket kompleksi, 3 tank və bir sıra texnika məhv edilib, 3 tank ələ keçirilib.

Xatırladaq ki, daha əvvəl Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib. Hava zərbəsi nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 2-si isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti