...

İranın neft sektorunda yeni müqavilələr imzalanacaq

Dünya xəbərləri Materials 3 Mart 2020 09:59 (UTC +04:00)
Bunu İranın Milli Neft Şirkətinin inkişaf və texniki məsələlər üzrə direktor müavini Rza Dehqan deyib. Bu barədə Trend şirkətin informasiya portalına istinadən məlumat verib.
İranın neft sektorunda yeni müqavilələr imzalanacaq

Bakı. Elnur Bağışov - Trend:

İranın neft sektorunda tezliklə 9 yeni müqavilə imzalanacaq.

Bunu İranın Milli Neft Şirkətinin inkişaf və texniki məsələlər üzrə direktor müavini Rza Dehqan deyib. Bu barədə Trend şirkətin informasiya portalına istinadən məlumat verir.

R.Dehqanın sözlərinə görə, ötən il (21 mart 2018-dən -21 mart 2019-dək) İranın neft sektorunda 10 müqavilə imzalanıb və bu müqavilələr üzrə layihələrdə orta hesabla təxminən 20% irəliləyiş var.

Dehqan əlavə edib ki, 14 müqavilə isə gələn ilin (21 mart 2020-dən başlayaraq) ilk yarısında müəyyənləşəcək.

Şirkət rəsmisi, ümumilikdə İranın neft sektorunda neft hasilatının qorunması və artırılması ilə əlaqədar 33 müqavilə paketinin nəzərdə tutulduğunu deyib.

Müqavilələrdə podratçı şirkətlərin İran şirkətləri olduğunu deyən Dehqanın sözlərinə görə, neft hasilatının qorunması və artırılması layihələr İranın 7 vilayətində işlənəcək.

Əlavə edək ki, ümumilikdə İranda 125 neft yatağı, 59 qaz yatağı vardır. İranın bütün karbohidrogen ehtiyatı 836 milyard bareldir. Texnologiya avadanlıqları ilə onun 239 milyard barelini çıxarmaq olar. İran 29%-dən istifadə edə bilər və 71% yer altında istifadəsiz qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti