...

Türkiyədə koronavirusdan ölənlərin sayı 37 nəfərə çatıb

Dünya xəbərləri Materials 24 Mart 2020 01:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə daha 7 nəfər koronavirusun qurbanı olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca açıqlama verib.

Bildirilir ki, son 24 saat ərzində 3 672 test keçirilib və 293-nün nəticəsi müsbətdir.

Ölkədə ümumilikdə yeni növ koronavirusdan ölənlərin sayı 37-ə, yoluxma hallarının sayı isə 1529-a yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti