Bakı. Trend:
Yaponiyanın Baş naziri Şinzo Abe koronavirusun yayılması ilə əlaqədar ölkənin bir neçə şəhərində fövqəladə vəziyyət rejimi elan etməyi qərara alıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kyodo agentliyi xəbər yayıb.
Bildirilir ki, fövqəladə vəziyyət rejimi son günlərdə yoluxanların sayında kəskin artım müşahidə olunan Tokio və Osakada tətbiq ediləcək.
Fövqəladə vəziyyət rejiminin tətbiqi yaxın günlərdə rəsmi elan ediləcək.