...

"Twitter"in rəhbəri pandemiya ilə mübarizəyə 1 milyard dollar ayırıb

Dünya xəbərləri Materials 8 Aprel 2020 04:04 (UTC +04:00)
"Twitter" şirkətinin baş direktoru Cek Dorsi yeni növ koronavirusla (COVİD-19) mübarizəyə 1 milyard dollar ayırıb
"Twitter"in rəhbəri pandemiya ilə mübarizəyə 1 milyard dollar ayırıb

Bakı. Trend:

"Twitter" şirkətinin baş direktoru Cek Dorsi yeni növ koronavirusla (COVİD-19) mübarizəyə 1 milyard dollar ayırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə C.Dorsi öz "Twitter" səhifəsində yazıb.

Baş direktor deyib: "Mən "Square" şirkətindəki hissəmdən 1 milyard dollar "Start Small" fonduna COVİD-19 ilə qlobal mübarizə üçün ianə edəcəyəm. Bu, mənim sərvətimin təxminən 28 faizidir".

C.Dorsi əlavə edib ki, pandemiya bitdikdən sonra qalan vəsait təhsil və səhiyyəyə yönləndiriləcək.

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, aprelin 7-si saat 23:30 üçün dünyada 1 412 103 nəfər koronavirusa yoluxub, 81 103 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti