Bakı. Trend:
Qazaxıstanın şimal vilayətlərində güclü külək nəticəsində 2 nəfər həlak olub.
Trend-in məlumatına görə, 3 gün ərzində Kostanay, Şimali Qazaxıstan və Akmola vilayətlərində külək 400-ə yaxın binaya ziyan vurub.
İki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, bəzi yerlərdə küləyin sürəti saniyədə 30 metri ötüb.