...

Türkiyədə son sutka ərzində koronavirusdan 95 nəfər dünyasını dəyişib

Dünya xəbərləri Materials 11 Aprel 2020 21:14 (UTC +04:00)
Türkiyədə son sutka ərzində koronavirusdan 95 nəfər dünyasını dəyişib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1101 nəfərə çatıb.

Ölkədə 5 138 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 52 167 nəfərə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti