...

Dünyada son sutkada koronavirusa yoluxanların sayı 90 minə yaxın artıb

Dünya xəbərləri Materials 11 Aprel 2020 23:58 (UTC +04:00)
Dünyada son sutkada koronavirusa yoluxanların sayı 90 minə yaxın artıb

Bakı. Trend:

Son 24 saat ərzində dünyada koronavirusa yoluxanların sayı 89 657 nəfər artıb, 6 892 insan ölüb.

Trend-in məlumatına görə, bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirilib.

Statistikaya əsasən, dünyada 1 610 909 xəstələnən və 99 690 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 89 657, ölənlərin sayı isə 6 892 nəfər artıb.

Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olaraq 839 257 və 70 565 hal. Gün ərzində orada xəstələnənlərin sayı 39 561, ölüm hallarının sayı isə 4 352 nəfər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti