...

İranda epidemiyaya yoluxanların sayı 75 min nəfərə yaxınlaşıb

Dünya xəbərləri Materials 14 Aprel 2020 13:42 (UTC +04:00)
İranda epidemiyaya yoluxanların sayı 75 min nəfərə yaxınlaşıb

Bakı. Elnur Bağışov - Trend:

İranda 19 fevraldan bu günədək (14 aprel) 74 877 nəfər koronavirusa (COVID19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində İranda daha 1 574 nəfər bu virusa yoluxub.

Cahanpur 3 691 nəfərin vəziyyətinin ağır olduğunu deyib.

Ölənlərin sayına gəldikdə, nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində 98 nəfər koronavirusdan ölüb. Beləliklə, indiyədək 4 683 nəfər bu virusdan ölüb: "İndiyədək İranda koronavirusdan sağalanların sayı artaraq 48 129 nəfərə çatıb. Koronavirusun diaqnozu ilə əlaqədar 287 mindən çox test aparılıb".

Nazirlik rəsmisi İranda koronavirusa yoluxma və ölüm hallarının azalmaqda olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti