...

Çində ağır yol qəzası baş verib, ölənlər var

Dünya xəbərləri Materials 15 Aprel 2020 07:31 (UTC +04:00)

Bakı. Trend:

Çinin Tsilin vilayətində baş verən yol qəzasında ən az 11 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Tsyanan qəzası tərəfindən verilən açıqlamada bildirilib.

Məlumata əsasən, qəza yerli vaxtla saat 05:30 radələrində 503 nömrəli avtomobil yolunda üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib.

Hadisə yerindən internetdə yayımlanan videoda mikroavtobus, minik avtomobili və yük avtomobilinin magistral yolda toqquşduğu görünür. Toqquşma nəticəsində yanğın baş verib.

ÇXR İctimai Təhlükəsizlik Nazirliyinin verdiyi açıqlamaya görə, hakimiyyət orqanları hadisənin səbəblərini müəyyənləşdirmək və araşdırmaq üçün artıq işçi qrupları Tsyanana göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti