...

Böyük Britaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 17:17 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada Oksford Universitetinin mütəxəssisləri könüllülər üzərində koronavirus vaksininin sınağına başlayıb.

Trend-in məlumatına görə, “ChAdOx1 nCoV-19” adı verilən vaksin şimpanze virusu əsasında, koronavirusun genetik kodunun bir hissəsi əlavə olunmaqla yaradılıb.

Sınaqlar 18-55 yaş arası və sağlam 1100 könüllü üzərində aparılacaq. Sınaqların ilk günlərində gündə 3 nəfər peyvənd olunacaq.

Tədqiqatların beşinci günündə əvvəlki könüllülərdə anomaliyalar müşahidə olunmasa, daha çox şəxsə peyvənd ediləcək.

Sınaqların bir neçə ay davam edəcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti