...

Tailandda fövqəladə vəziyyət mayın 31-dək uzadıldı

Dünya xəbərləri Materials 28 Aprel 2020 11:20 (UTC +04:00)
Tailandda koronavirus epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət daha bir ay uzadılıb
Tailandda fövqəladə vəziyyət mayın 31-dək uzadıldı

Bakı. Trend:

Tailandda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət daha bir ay uzadılıb.

Trend-in məlumatına görə, Tailand Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində fövqəladə vəziyyət rejimi mayın 31-dək davam edəcək.

Qərarda qeyd olunur ki, ölkədə yoluxma hallarının azalmasına baxmayaraq, bu addım pandemiyanın mümkün ikinci dalğasının qarşısının alınması üçün atılıb.

Bu qərara əsasən, tətbiq olunmuş məhdudiyyət qaydaları, o cümlədən komendant saatı qüvvədə qalsa da, may ayında bayramların qeyd olunması ləğv edilıməyib.

Belə ki, vətəndaşların öz yaşadıqları əyalətlərini tərk etməmək şərtilə mayın 1-də Əmək bayramı, mayın 4-də Tacqoyma bayramı, mayın 11-də İlk şumlama bayramı qeyd olunacaq.

Qeyd edək ki, bu günədək Tailandda 2 900-dan çox şəxs koronavirusa yoluxub, 54 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti