Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 35 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 35 xəstə dünyasını dəyişib".
Qeyd edilir ki, şəhərdə koronavirusdan ölənlərin ümumi sayı 764 nəfərə çatıb.