Bakı. Trend:
Qazaxıstanda yeni növ koronavirusa son sutka ərzində 80 nəfər yoluxub.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Nur-Sultan (25), Almatı (28), şəhərlərində və Qərbi-Qazaxıstan (2), Atırau (11), Kostanay (4), Manqistausk (9), Qızılorda (1) vilayətlərində qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 502 nəfərə çatıb. Ən çox yoluxma halları Almatı (1 422) və Nur-Sultan (853) şəhərlərində qeydə alınıb.