...

Sloveniyada 50 nəfərədək şəxsin toplaşmasına icazə verildi

Dünya xəbərləri Materials 18 May 2020 13:13 (UTC +04:00)
Sloveniyada 50 nəfərədək şəxsin toplaşmasına icazə verildi

Bakı. Trend:

Sloveniya ərazisində 50 nəfərdən çox olmayaraq şəxslərin toplanmasına icazə verilib.

Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin yeni qərarında deyilir.

Yeni qərara əsasən, kütləvi toplantılar zamanı sosial məsafə saxlamaq və maska taxmaq qaydalarına əməl olunmalıdır. Sloveniyada kütləvi tədbirlərin keçirilməsi mart ayında, karantin rejimi elan olunarkən qadağan edilib.

Xatırladaq ki, ötən həftə, Sloveniyanın baş naziri Yanez Yanşa ölkədə koronavirus epidemiyasının başa çatdığını elan edib. Bu günədək ölkədə 1 466 nəfər virusa yoluxub, 104 nəfər isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti