...

Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu

Dünya xəbərləri Materials 23 May 2020 14:31 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda mayın 22-ə keçən gecə fövqəladə vəziyyətin ləğv olunması atəşfəşanlıqla qeyd olunub.

Trend-in məlumatına görə, Tbilisidə insanlar bir-birini hərəkət məhdudiyyətinin aradan qaldırılması münasibətilə təbrik edib.

Ölkə tarixinin ən uzun və sərt komendant saatı 53 gün davam edib. Burada fövqəladə vəziyyət martın 21-də, komendant saatı isə martın 31-də tətbiq edilib. Hər iki rejim mayın 23-də ləğv edilib.

Mağazalar əvvəlki iş rejiminə qayıdıb, 70 yaşdan yuxarı şəxslərə evdən çıxmağa, eləcə də avtomobildə 3 nəfərdən artıq şəxsin olmasına icazə verilib. Bununla belə, bəzi məhdudiyyətlər qüvvədə qalacaq. Belə ki, qapalı məkanlarda maskasız olmaq qadağan edilir, həmçinin insanlar bir-birindən 2 metr məsafədə dayanmalıdır.

Bu günədək Gürcüstanda 728 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb, 509 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti