...

Tramp: ABŞ tezliklə tarixin "ən güclü silahlarına" sahib olacaq

Dünya xəbərləri Materials 31 May 2020 07:45 (UTC +04:00)
Tramp: ABŞ tezliklə tarixin "ən güclü silahlarına" sahib olacaq

Bakı. Trend:

ABŞ tezliklə tarixin "ən güclü silahlarına" sahib olacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp "Crew Dragon" kosmik gəmisinin Florida ştatında yerləşən kosmodromdan havaya qalxmasından sonrakı çıxışında deyib.

D.Tramp bildirib ki, o, artıq yeni silahların hazırlanması ilə tanış olub: "Tezliklə biz Marsa enəcəyik və tarixin ən güclü silahlarına sahib olacağıq. Mən artıq silahların hazırlanması ilə tanış olmuşam, hətta mən buna inana bilmirəm".

ABŞ prezidenti digər təfərrüatlar barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti