...

Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib

Dünya xəbərləri Materials 2 İyun 2020 22:06 (UTC +04:00)
Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib

Bakı. Trend:

Ermənistan aviaşirkətlərinə Avropa İttifaqı (Aİ) ərazisinə uçuşlar etmək qadağan edilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin rəsmi saytında deyilir.

İyunun 2-si Avropa Komissiyası Aİ-nin təhlükəsiz uçuşlar siyahısını, beynəlxalq təhlükəsizlik standartlarına uyğun olmadığına görə Avropa İttifaqında fəaliyyəti qadağan olunan və ya məhdudlaşdırılan aviaşirkətlərin siyahısını yeniləyib. Ermənistanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər ölkənin təhlükəsizliyin təmin edilməsi üzrə imkanları qiymətləndirildikdən sonra siyahıya əlavə edilib.

Bildirilir ki, siyahıya "Aircompany Armenia", "Armenia Airways", "Armenian Helicopters", "Atlantis Armenian Airlines", "Atlantis European Airways", "Mars Avia" və "Skyball" əlavə edilib.

Məlumata əsasən, Avropa İttifaqı ərazisinə ümumilikdə müxtəlif ölkələrin 96 aviaşirkəti üçün uçuşlar qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti