...

İspaniyada ölüm səviyyəsi 24 faiz artıb

Dünya xəbərləri Materials 4 İyun 2020 09:58 (UTC +04:00)
İspaniyada ölüm səviyyəsi 24 faiz artıb

Bakı. Trend:

2020-ci ilin ilk beş ayı ərzində İspaniyada ölüm səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə İspaniyanın Milli Statistika İnstitutunun hesabatında deyilir.

Qeyd olunur ki, İspaniyada yanvarın 1-dən mayın 24-dək 225 930 min nəfər vəfat edib. Bu, 2019-cu illə müqayisədə 24,1 faiz çoxdur.

Təkcə martın 30-dan aprelin 5-dək 20 575 nəfər həyatını itirib. Bu isə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 154,6 faiz çoxdur.

Mütəxəssislər bu göstəricinin yüksək olmasını koronavirus pandemiyası ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti