Bakı. Trend:
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Doha, İslamabad və Kabilə səfərə yollanıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad iyunun 5-də Doha, İslamabad və Kabilə yollanıb".
Qeyd edilir ki, səfərin əsas məqsədi Əfqanıstanda tərəflərin tədricən danışıqlara başlaması üçün növbəti addımlar üzrə razılığa gəlməkdir.