...

İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb

Dünya xəbərləri Materials 6 İyun 2020 21:00 (UTC +04:00)
İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb

Bakı. Trend:

İndoneziyanın hərbi helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində dörd hərbi qulluqçu həlak olub, beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkə ordusu nümayəndəsinə istinadən bildirib.

Məlumata əsasən, hadisə uçuş təlimi zamanı baş verib. Vertolyot düşməyə başlayarkən alovlanıb və sonra partlayıb.

Hadisənin səbəblərini öyrənmək üçün araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti