...

Türkiyədə qəza baş verib, 10 nəfər yaralanıb

Dünya xəbərləri Materials 7 İyun 2020 06:26 (UTC +04:00)
Türkiyədə qəza baş verib, 10 nəfər yaralanıb

Bakı. Trend:

Türkiyənin Tekirdağ vilayətində xidməti mikroavtobusla avtomobil toqquşub.

Trend-in məlumatına görə, hadisə Çerkezköy rayonunda baş verib.

Qəza nəticəsində mikroavtobus aşıb, 10 nəfər yaralanıb. Yaralılar Çerkezköy vilayətinin dövlət xəstəxanasına və həmin ərazidəki özəl xəstəxanalara çatdırılıb.

Bildirilib ki, avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Xəbər lenti

Xəbər lenti