...

Çikaqonun meri komendant saatını ləğv edib

Dünya xəbərləri Materials 8 İyun 2020 00:03 (UTC +04:00)
Çikaqonun meri komendant saatını ləğv edib

Bakı. Trend:

ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) meri Lori Laytfut kütləvi etiraz aksiyaları səbəbilə tətbiq edilən komendant saatını ləğv edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri öz "Twitter" səhifəsində yazıb.

L.Laytfut bildirib: "Komendant saatı ləğv edildi, qərar dərhal qüvvəyə minir. Mən şəhərimiz və bütün ölkəmiz üçün nə qədər çətin olduğunu bilirəm. Bu çətin dövrün öhdəsindən gəlmək üçün əməkdaşlıq etməyə hazır olduqlarına görə sakinlərə minnətdaram".

Qeyd edək ki, ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti