...

Moskvada koronavirusdan ölənlərin sayı 3 029 nəfərə çatıb

Dünya xəbərləri Materials 9 İyun 2020 00:39 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 3 029 nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 59 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 59 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda koronavirusdan 3 029 nəfər ölüm, son gündə 2 001 nəfər olmaqla 197 018 yoluxma halı və 104 347 sağalan qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti