...

Atlantada afroamerikalının saxlanılan zaman yaralanmasından sonra etiraz aksiyaları başlayıb

Dünya xəbərləri Materials 14 İyun 2020 03:27 (UTC +04:00)
Atlantada afroamerikalının saxlanılan zaman yaralanmasından sonra etiraz aksiyaları başlayıb

Bakı. Trend:

ABŞ-ın Atalanta şəhərində (Corciya ştatı) afroamerikalının polislər tərəfindən saxlanılan zaman yaralanması və daha sonra xəstəxanada ölməsindən sonra etiraz aksiyaları başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bir qrup etirazçı şəhərin mərkəzinə gəlib. Onlar şəhər hakimiyyətindən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddən artıq güc tətbiq edilməsini dayandırmağı, həmçinin afroamerikalıların hüquqlarının təmin edilməsini tələb edirlər.

Bildirilir ki, yerli təşkilatların nümayəndələri şəhər polisinin rəisini vəzifəsindən azad edilməsini istəyiblər.

Qeyd edək ki, cümə günü axşam saatlarında Atlanta şəhərinin mərkəzində afroamerikalı polislər tərəfindən saxlanılan zaman yaralanıb. O, xəstəxanaya çatdırılsada, orada dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti