...

Ermənistanda bir sutkada 665 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 18 İyun 2020 12:14 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 18 698 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 665 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 309 nəfər koronavirusdan ölüb, 10 818 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti