...

İsraildə koronavirusa rekord sayda yeni yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 20 İyun 2020 07:19 (UTC +04:00)
İsraildə koronavirusa rekord sayda yeni yoluxma halı qeydə alınıb

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 303 nəfər yoluxub, bu bir gündə qeydə alınan yoluxma hallarının sayında rekord göstəricidir.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 339 nəfərə, koronavirusdan ölənlərin sayı isə 304 nəfərə çatıb.

Qeyd edilir ki, son sutka ərzində koronavirusdan 54 nəfər sağalıb, sağalanların ümumi sayı 15 586 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti