...

Vaşinqtonda qoruyucu maska taxmaq məcburi olacaq

Dünya xəbərləri Materials 24 İyun 2020 12:14 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Vaşinqton ştatında qoruyucu maska taxmaq məcburi olacaq.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Cey İnsli öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qərar iyunun 26-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma göstəricilərinə görə liderlik edir. Bu günədək ölkədə 2,4 milyondan çox şəxs virusa yoluxub, ölənlərin sayı 123 min nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti