...

Türkiyədə iki gündə ikinci güclü zəlzələ

Dünya xəbərləri Materials 26 İyun 2020 11:47 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin qərbində Rixter cədvəli ilə 5.5 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanlar İzmir, Bursa, Manisa və digər ətraf şəhərlərdə hiss olunub.

Zəlzələnin episentri İzmirdən 71 kilometr şimal-şərqdə, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

İzmir valiliyinin məlumatına görə, hər hansı bir itki və ya fəsadlar qeydə alınmayıb.

Xatırladaq ki, ötən gün Türkiyə-İran sərhədində, Van vilayətində 5.3 bal gücündə zəlzələ olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti