...

Konqresmenlər ABŞ-da 51-ci ştatın yaradılmasını dəstəklədi

Dünya xəbərləri Materials 27 İyun 2020 06:09 (UTC +04:00)
Konqresmenlər ABŞ-da 51-ci ştatın yaradılmasını dəstəklədi

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin paytaxtının ayrı bir ştata ayrılmasına səs verib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, müvafiq təklifin lehinə Konqresin 232 üzvü, əleyhinə isə 180 üzvü səs verib.

Beləliklə, bundan sonra təklifə Senat baxmalıdır, lakin gözlənilir ki, respublikaçılar təklifi rədd edəcəklər.

Qeyd edək ki, təklif qəbul edildiyi təqdirdə paytaxtın Kolumbiya dairəsi 51-ci ştat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti