...

Banqladeşdə sərnişin bərəsi batıb - 15 ölü

Dünya xəbərləri Materials 29 İyun 2020 10:49 (UTC +04:00)
Banqladeşdə sərnişin bərəsi batıb - 15 ölü

Bakı. Trend:

Banqladeşin paytaxtı Dəkkədə Buriqanqa çayında sərnişinləri aparan bərə aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub.

Qeyd olunur ki, bərə digər qayıqla toqquşma nəticəsində aşıb.

Həlak olanlar arasında azyaşlı uşaqlar da var. Polisin məlumatına görə, bərənin göyərtəsində 60-a yaxın şəxs olub.

Hazırda digərlərinin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti