...

Türkiyədə bir tondan çox narkotik müsadirə olunub

Dünya xəbərləri Materials 10 İyul 2020 20:05 (UTC +04:00)
Türkiyədə bir tondan çox narkotik müsadirə olunub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Diyarbəkir vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir tondan çox narkotik maddə müsadirə edilib.

Trend-in məlumatına görə əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

Əməliyyat 10 müxtəlif ünvanda eyni anda baş tutub.

Bir müddət əvvəl ölkənin daxili işlər naziri Süleyman Soylu Türkiyənin ciddi bəla ilə üzləşdiyini, narkomaniya və narkotik ticarəti ilə mübarizənin daha da sərtləşdirilməsinin vacibliyini vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti