...

İranda yaşayış binasında qaz partlayıb

Dünya xəbərləri Materials 12 İyul 2020 02:04 (UTC +04:00)
İranda yaşayış binasında qaz partlayıb

Bakı.Trend:

Tehranın şərqində yerləşən yaşayış binasında qaz partlaması baş verib.

Trend-in məlumatına görə, bunu paytaxt yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Seyed Cəlal Maleki deyib.

Onun sözlərinə görə, partlayış evin zirzəmisində baş verib. Maleki əlavə edib ki, hadisə zamanı 36 yaşlı bir nəfər yanıq xəsarətləri alıb.

Onun sözlərinə görə, hadisə yerində çox sayda qaz balonu aşkarlanıb:

"Xəsarət alan şəxsin bu təhlükəli avadanlıqla işlədiyi məlum oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti