...

Bağdadda hərbi baza raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 24 İyul 2020 22:31 (UTC +04:00)

Bakı. Trend:

Bağdadın cənubunda yerləşən hərbi baza raket hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin silahlı strukturları xəbər verib.

Məlumata görə, Bismaya bazasının ərazisində dörd reaktiv mərmi partlayıb. Hücum nəticəsində ölən olmaylb, lakin ciddi maddi ziyan vurulub.

Koalisiya güclərinin general-mayoru Kennet Erkmanın sözlərinə görə, iyulun 25-də Bismaya bazasına nəzarət İraqın silahlı qüvvələrinə verilməli idi. Daha əvvəl bu bazada ispan hərbçiləri iraqlı ıskırlırin hazırlıqlarını həyata keçirirdilər.

Bildirilir ki, son aylarda xarici hərbçilərin yerləşdikləri İraq bazaları və ABŞ-ın Bağdaddaklı səfirliyi daha intensiv raket hücumlarına məruz qalırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti