...

Hindistanda maskasız gəzən keçi həbs olundu

Dünya xəbərləri Materials 30 İyul 2020 02:21 (UTC +04:00)

Bakı. Trend:

Hindistan polisi Uttar-Pradeş ştatının Kanpur şəhərində qoruyucu maska taxılmadığı üçün keçini həbs edib.

Trend-in məlumatına görə, şəhərin mərkəzində maskasız gəzən keçini görən polis əməkdaşı onu maşına qoyub və bölməyə aparıb.

Bir müddət sonra keçinin sahibi bölməyə gələrək keçinin buraxılmasını xahiş edib. Polis gələcəkdə bu qaydanın pozulmaması şərti ilə heyvanı sahibinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti