Bakı. Trend:
Türkiyənin Bitlis vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə İdarəetmə Agentliyinin (AFAD) saytında məlumat verilib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:20-də qeydə alınıb. Zəlzələnin episentri Bitlis rayonunda, ocağı isə 6,99 kilometr dərinlikdə yerləşib.
Dörd dəqiqə sonra eyni ərazidə 3,6 bal gücündə afterşokun qeydə alındığı bildirilir.
Daxili işlər naziri Süleyman Soylu zəlzələdən dəyən ziyanla bağlı məlumat olmadığını deyib.