Bakı. Trend:
İstanbulda sərnişin avtobusu qəzaya düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər yaralanıb, 5 nəfər həlak olub.
Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürən və polis əməkdaşları cəlb edilib.
Yaralananlardan 7 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bildirilib ki, avtobus sürücüsü də qəza nəticəsində ölüb.