...

Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq

Dünya xəbərləri Materials 13 Avqust 2020 16:55 (UTC +04:00)
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq

Bakı. Trend:

Rusiyanın istehsal etdiyi koronavirus vaksininin qoruma özəllikləri orqanizmə daxil edildikdən sonra iki il müddətində davam edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyi nəzdində Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Gintsburq deyib.

O bildirib ki, vaksinin orqanizmi müdafiəsi qısamüddətli olmayacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya “Spuntik V” adlı koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti