...

Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib

Dünya xəbərləri Materials 17 Sentyabr 2020 23:45 (UTC +04:00)
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib

Bakı. Trend:

Almaniyanın Düsseldorf şəhərində xəstəxananın IT sisteminə haker hücumundan sonra orada müalicə olunan xəstələrdən biri vəfat edib.

Trend-in məlumatına görə, naməlum şəxslər Henrix Heyne Universitetinin xəstəxanasının serverlərini blok edib və fəaliyyətin bərpa olunması üçün pul tələb ediblər.

Serverlərin bloklanması xəstəxananın işinə ciddi təsir göstərib. Nəticədə bir xəstə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti